تیراختور

تیراختور لای‌لایی بوغازیندا قالمیش بیر آنانین نیسگیلی، فلاکته بوراخیلمیش بیر بابانین اؤفکه‌سی‌ و تورک اولدوغو اوچون تحقیرلره اوغرامیش حسرت‌لی و آجی‌لی اورک‌لرین عصیان بایراغی‌دیر.

تیراختور زندانا دؤنموش وطنیم‌ده پارتلامایا حاضر بیر وولکانین آتشی، یوز مینلرله آصلانین کوکره‌ییش سسی‌ و اؤزگورلوک اوچون فیتیل‌له‌نن بیر اومود جرقه‌سی‌دیر.

هر تیراختورچو گونئی آذربایجانین بیر قهرمانلیق سمبولودور، لیسانی‌دیر، یوروش‌دور، آزاددیر، اوره‌ییمیزی پارچالایان یارالارین یادگاری‌دیر، یعنی امانی‌دیر، جعفرزاده‌دیر، …

گونئی آذربایجان میللی حرکتی بیر دنیز، تیراختور ایسه جوشگون بیر نهیر‌دیر. تیراختور دنیزه دوغرو آخان میللی بیر یول‌دور، دنیزه دؤنوشون باشلانقیجی‌دیر.

بو نهیر بیر سیل اولاجاق، دیلیمیزه وورولموش قیفیل‌لار بیر بیر قیریلاجاق، میللی دولت قورولاجاق، تورکه تورک حکم ائده‌جک و گونئی آذربایجان‌دا، گؤنئی آذربایجانین بایراغی دالقالاناجاق.

Tiraxtur, laylayı boğazında qalmış bir ananın nisgili, fəlakətə buraxılmış bir babanın öfkəsi və Türk olduğu üçün təhqirlərə uğramış həsrətli və acılı ürəklərin üsyan bayrağıdır.

Tiraxtur, zindana dönmüş vətənimdə partlamağa hazır bir vulkanın atəşi, yüz minlərlə aslanın kökrəyiş səsi və özgürlük üçün fitillənən bir ümud cərəqqəsidir.

Hər Tiraxturçu Güney Azərbaycanın bir qəhrəmanlıq simvoludur, Lisanıdır, Yürüşdür, Azaddır, ürəyimizi parçalayan yaraların yadigarıdır, yəni Amanidir, Cəfərzadədir, …

Güney Azərbaycan milli hərəkatı bir dəniz, Tiraxtur isə coşğun bir nəhrdir. Tiraxtur dənizə doğru axan milli bir yoldur, dənizə dönüşün başlanğıcıdır.

Bu nəhr bir sel olacaq, dilimizə vurulmuş qıfıllar bir-bir qırılacaq, milli dövlət qurulacaq, Türkə Türk hökm edəcək və Güney Azərbaycanda, Güney Azərbaycanın bayrağı dalğalanacaq.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

More posts